Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Problemli aktivlərin əvəzində əldə edilmiş nəqliyyat vasitələrindən səmərəli istifadə məsələsi Nazirlər Kabinetində müzakirə olunub

Sentyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, “Aqrarkredit” QSC, “Azərbaycan Sənaye Korporasiyası” ASC) rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrindən səmərəli istifadə məsələsi müzakirə olunub. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb və aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

6 2018 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə