Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatiyamızın növbəti uğuru

Diplomatiyamızın növbəti uğuru

Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli bu barədə fikirlərini bizimlə bölüşüb: 

– Hesab edirəm ki, əldə olunan bu qələbə Azərbaycan diplomatiyasının növbəti, parlaq uğurudur. Belə ki, Azərbaycan dövləti beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxara bilmiş və ədalətin zəfər çalmasına nail ­olmuşdur. 
Təbii ki, bu hadisə Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Reallıq budur ki, Fransada erməni lobbisi nə qədər güclü olsa da, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransa dövləti bu dəfə neytrallıq saxlamağa məcbur olmuşdur.  
Bu hadisə həm də ona dəlalət edir ki, Azərbaycan dövləti həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə  istənilən qeyri-qanuni, antiazərbaycan xarakteli addımların qarşısını almaq gücündədir. 
Bu gün Azərbaycan regionun iqtisadi, hərbi cəhətdən ən güclü dövlətidir. Avropa İttifaqına digər üzv dövlətlər kimi, Fransa da Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirməkdə maraqlıdır. 
Bəli, ermənilər Fransada baş verənlərdən təşvişə düşüblər. Onlar belə hesab edirlər ki, erməni lobbisinin fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proses davamlı xarakter daşıyacaq. 
Fikrimcə, ermənilər yenə də yanılırlar. Çünki hətta erməni lobbisi min bir oyundan çıxsa belə, Ermənistanın təcavüzkar dövlət olduğu barədə həqiqəti ört-basdır etmək mümkün olmayacaq. Həqiqət isə Azərbaycanın tərəfindədir. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

 

21 2019 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə