Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosialyönümlü siyasətin növbəti uğuru

Sosialyönümlü siyasətin növbəti uğuru

2003-cü ildə andiçmə mərasimində İlham Əliyevin bəyan etdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” kəlamı son 16 il ərzində həyatda öz təsdiqini tapıb. Prezident olduğu illərdə xalqla yaxından təmasda olan, vətəndaşlarla ünsiyyətdən qaçmayan, onların problemlərini dinləyən dövlət başçısı məhz hər kəsin ürəyindən xəbər verən qərarlar qəbul edib, fərman və sərəncamlar imzalayıb.

Prezident İlham Əliyev üçün xalqın sosial vəziyyətinin yaxşılaşdırılması, onun xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet olub. Ötən 16 il ərzində ölkədə minimum əməkhaqqı və pensiyaların dəfələrlə artırılması, ünvanlı sosial yardım mexanizminin tətbiq edilməsi, prezident təqaüdlərinin müəyyən olunması, xüsusilə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, əlilliyi olan şəxslərin sosial rifahının gücləndirilməsi məqsədilə imzalanan sərəncamlar Prezident İlham Əliyevin əhalinin sosial rifah halının yüksəldilməsinə verdiyi ən mühüm töhfələr olub. Burada diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısının bu istiqamətdə atdığı addımlar davamlı xarakter daşıyır və il ərzində, demək olar ki, bir neçə dəfə əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə müvafiq fərman və sərəncamlar imzalanır. 
Budur, möhtərəm Prezidentimiz minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılması haqqında daha bir sərəncam imzalamışdır. Eyni zamanda, bir neçə dövlət strukturlarında da əməkhaqlarının artırılması haqqında imzaladığı sərəncamlar bir daha təsdiq edir ki, Azərbaycanda əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşmaqdadır. Mən uzun illər müəllim işləmişəm. Həmişə də dövlət başçısının müəllimlərə qayğısının şahidi olmuşam. Prezident İlham Əliyevin dövlət ümumtəhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının 20 faiz artırılması ilə bağlı sərəncamlar imzalaması ölkə rəhbərinin milli təhsilimizin inkişafına qayğının yeni nümunəsidir.
Möhtərəm Prezidentimiz ­İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanda sosialyönümlü siyasət davamlı olaraq həyata keçiriləcək. Bəli, ölkə rəhbəri həmişə xalqın yanındadır. Ona görə də Azərbaycan xalqı dövlət başçımızın siyasi kursunu həmişə dəstəkləyir.

 

Rəfael ALLAHVERDİYEV, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

20 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə