Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək əməkhaqqı firavan həyat deməkdir

“Cənab Prezident nə edirsə, xalqımızın sosial rifahının yaxşılaşdırılması üçün edir. Son qərarlar sosial sahədə problemlərin həllində bir inqilabdır. Prezident hər zaman çıxışları zamanı qeyd edir ki, mən sizə arxalanıramsa, siz də mənə arxalana bilərsiniz. Mən hər zaman sizin yanınızdayam. Ümumən 950 min insana şamil edilən bu sərəncam insanlar arasında çox gözəl qarşılanmışdır.

Dövlət hər zaman öz vətəndaşının yanındadır. Xalqin maddi rifahinin yüksəlişi ölkənin inkisafina öz müsbət təsirini göstərəcək. Bu, insanların öz işinə və dövlətçilik prinsiplərinə daha sədaqətli olmasını təmin edəcək”. 
Bu fikirləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köckünlərin Sosial İnkisaf Fondunun mütəxəssisi Rövşən Məmmədov deyib. 
Mütəxəssis qeyd edib ki, iqtisadiyyatın inkişafı güclü sosial siyasətlə mümkün olur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu fikri bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Bu baxımdan, Prezident İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq, minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının ilk növbədə əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Bu sərəncamlardan bəhrələnənlərdən biri də mən oldum. Bu, bizim sosial rifahımıza önəmli dəstəkdir. Buna görə də cənab İlham Əliyevə minnətdarlığımızı bildirirəm. Əminəm ki, cəmiyyətimiz dövlətin öz vətəndaşına verdiyi dəyəri yüksək qiymətləndirir və insanlar bunu öz fəaliyyətlərinə böyük stimul hesab edirlər.
 

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”

 

20 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə