Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir humanist addım

Daha bir humanist addım

Prezident İlham Əliyevin imzaladığı minimum əmək haqqının növbəti dəfə artırılması haqqında sərəncamı böyük inqilabi addım hesab edirəm. Bu, artıq 2019-cu ildə dövlət başçısının atdığı ikinci inqilabi addımdır. Birinci addım 2019-cu ilin martında atılmış, ölkə əhalisinin minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılmışdı. Minimum əmək haqqının birdən-birə və heç kəsin gözləmədiyi halda 50 manat artırılması Azərbaycan tarixində görünməmiş bir humanizm aktı idi.

Prezidentin son 6 ay ərzində atdığı bütün bu addımlar onun irəli sürdüyü sosial islahatlar paketinin ayrı-ayrı tərkib hissələridir. Məqsəd isə birdir -- ölkə əhalisinin rifahının yaxşılaşdırılması. İndi ölkəmizdə minimum əmək haqqının məbləği 180 manatdan 250 manata qaldırılıb, yəni birdən-birə 70 manat. Bu da əsl inqilabi addımdır və əhalimiz tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Bu günlər ölkənin hər yerində bu mühüm xəbər haqqında danışılır. 
Dövlət başçımızın birinci islahatlar paketi, iqtisadçıların hesablamalarına görə, 3 milyon insanı əhatə etmişdisə, ikinci paket 2 milyon vətəndaşımıza şamil olunur. Təbii ki, bir sıra digər qurumların – Mərkəzi Seçki Komissiyası üzvlərinin, DİN-n xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər təşkilatlarda çalışanların əmək haqqının kifayət qədər ciddi rəqəmlərlə artırılması da nəzərə alınmalıdır. 
Ümumilikdə, hesab edirik ki, dövlət başçımız bu inqilabi addımı ilə bir daha sübut etdi ki, dövlət xalqın yanındadır. Azərbaycan büdcəsi sosialyönümlü olaraq qalır. Azərbaycanın dövlət büdcəsinin mühüm hissəsini sosial xərclər təşkil edir. Bu isə ölkəmizdə vətəndaşların sosial müdafiəsinə, onların rifah halının yaxşılaşmasına daim diqqət yetirildiyini göstərir. 

 

Teymur ZEYNALOV, 
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

 

 

 

20 2019 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə