Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QHT Şurası “Kənd əhalisi arasında ekoloji təmiz məhsulistehsalının prinsip və üsullarının təşviqi”ni dəstəkləyir

QHT Şurası “Kənd əhalisi arasında ekoloji təmiz məhsulistehsalının prinsip və üsullarının təşviqi”ni dəstəkləyir

Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə “Kənd əhalisi arasında ekoloji təmiz məhsul istehsalının prinsip və üsullarının təşviqi” layihəsi Azərbaycan Respublikasının Gəncə-Qazax iqtisadi zonasında yerləşən Goranboy, Göygöl və Şəmkir rayonlarında icra ediləcək. 

Gəncə-Qazax iqtisadi rayonunda həyata keçiriləcək bu layihə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) vasitələri olan 6030 kənd təsərrüfatı qaynar xətti, Fermer İNFO SMS  məsləhət xidməti, Fermer TV onlayn video kanalını, E-aqronom onlayn məsləhət xidməti və Aqromarket kənd təsərrüfatı məhsullarının satış portalının tətbiqi ilə fermer təsərrüfatlarında məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasına xidmət edəcək. Eyni zamanda, bu layihə Strateji Yol xəritələrində əsas hədəflərdən olan aqrar sektorun davamlı inkişafı, ərzaq təhlükəsizliyi, məhsul istehsalı potensialının dəyər zənciri üzrə artırılması, fermerlərin maarifləndirilməsi və bazara çıxışının asanlaşdırılması, sahə məsləhət xidmətlərinin keyfiyyətinin artırılması, ətraf mühitin mühafizəsi və ekoloji təmiz kənd təsərrüfatı istehsalının təşviqi, İKT vasitələrinin aqrar sektora tətbiqi kimi fəaliyyətlərin icrasına dəstək verəcək. 

Layihə çərçivəsində Şəmkir rayonunda layihənin  ictimaiyyətə təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Goranboy rayon İH nümayəndələri, Ərazi Kənd Təsərrufatı İdarəsinin nümayəndələri, fermerlər, GABA-nın mütəxəsissləri, rayonun Bələdiyyə və İcra nümayəndələri iştirak ediblər.  

Tədbirin əsas məqsədi ictimaiyyəti layihənin icrasına başlanılması, layihənin məqsəd və vəzifələri, həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlandırmaq olub. Layihənin təqdimat mərasimində layihənin icra mexanizmi haqqında məlumat verilib, dövlət orqanlarının və potensial layihə benefisiarlarının layihə haqqında fikirləri dinlənib və layihədə iştirak etmək üçün fermerlərin qeydiyyatı aparılıb, iştirakçıların təklifləri dinlənib, müzakirələr aparılıb.

 

Anar Əliyev,
“Xalq qəzeti"

20 2019 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə