Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-may aylarında 325 milyon manatlıq tikinti materialı istehsal edilib

Yanvar-may aylarında 325 milyon manatlıq tikinti materialı istehsal edilib

Cari ilin ilk 5 ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 325,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti kərpicinin istehsalı 62,5 faiz, tikinti əhənginin istehsalı 38,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 24,4 faiz, sementin istehsalı 3,1 faiz artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 53 faiz, tikinti gipsinin istehsalı isə 84,2 faiz azalıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 16:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə