Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumqoşun poliqonunda təlim keçirilib

Ümumqoşun poliqonunda təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilib.

Təlimlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetiriblər. Motoatıcı, artilleriya, zirehli tank bölmələri, eləcə də hava hücumundan müdafiə vasitələri döyüş atışları icra ediblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 16:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə