Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın unikal memarlıq nümunələrindən biri: Heydər Əliyev Mərkəzi

Dünyanın unikal memarlıq nümunələrindən biri: Heydər Əliyev Mərkəzi

Müasir Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi istər öz memarlıq xüsusiyyətlərinə görə, istərsə də unikallığına görə seçilir.  2007-ci ildə dünyaca tanınmış  memar Zaha Hadid tərəfindən layihəsi işlənmiş  Mərkəz öz ziyarətçilərini möhtəşəmliyi ilə heyran edir.

Böyük bir kompleksdən ibarət olan Mərkəz iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofislərdən ibarətdir.

Heydər Əliyev Mərkəzinin loqosu özündə Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir.  Loqonun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı özündə əks etdirir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

İraq əsilli məşhur memarın  Bakıda 2007-ci ildə layihələşdirdiyi Heydər Əliyev mərkəzi və muzey kompleksinin binası hələ tikinti prosesi zamanı beynəlxalq medianın diqqətini cəlb etmiş, mərkəzin tikintisi barədə dünyanın ən mürəkkəb və maraqlı müasir memarlıq layihələrinə həsr edilən, Discovery Science və Discovery Channel vasitəsiylə yayımlanan məşhur “Build It Bigger” verilişində geniş məlumat verilib.

2012-ci il mayın 10-da ulu öndərin 89-cu doğüm günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın iştirakı ilə  mərkəzin təntənəli açılış mərasimi olub.

Heydər Əliyev Mərkəzi unikal memarlıq üslubuna görə, dünyanın ən yaxşı tikililəri siyahısında yer alıb.

2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını verib.  Bu mükafat memara Bakıda təqdim edilib. Bu mükafat Zaha Hadidin ictimai fəaliyyətində mühüm yerə sahibdir. Belə ki, o,  Britaniyada layihələşdirmə üzrə ən nüfuzlu sayılan “Design Of The Year” mükafatını qazanan ilk qadın kimi tarixə düşüb.

Müasir Bakının simvollarından hesab edilən Heydər Əliyev Mərkəzi memarlıq nümunəsi kimi daim  dünya mediasının diqqət mərkəzindədir.

Məsələn; İspaniyanın “Digitaltrends” rəqəmsal portalı  bu ecazkar memarlıq nümunəsini dünyanın qeyri-adi tikililəri siyahısına daxil edib.

Bakının ev sahibliyi etdiyi bir çox nüfuzlu beynəlxalq tədbirlər məhz Heydər Əliyev Mərkəzində keçirilir. “Xalq qəzeti”nin fotomüxbiri Elşən Ağalar Heydər Əliyev Mərkəzinin möhtəşəmliyini və unikallığını əks etdirən fotolarını təqdim edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 16:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə