Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib

Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği həddi 350 min manatadək artırılıb.

Bu barədə Fondun “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na edilən dəyişikliklərdə deyilir. Dəyişikliklərə qədər kredit məbləği üzrə hədd 200 min manat təşkil edirdi. Zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.

Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına və daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

20 2019 15:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə