Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan hüquqlarına həsr olunan sərgi

İnsan hüquqlarına həsr olunan sərgi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il  iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır və bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir, vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və onlar dövlət tərəfindən müdafiə olunur.

Bu məqsədlə iyun ayının 18-də Milli Kitabxanada “İnsan Hüquqları” adlı kitab sərgisi açılmışdır. Sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 14:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə