Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Van Qoqun həyatına son qoyan revolver hərraca çıxarılacaq

Van Qoqun həyatına son qoyan revolver hərraca çıxarılacaq

Ehtimallara görə Visent Van Qoqun (1853-1890) özünə qəsd etdiyi "Lefaucheux” sistemli revolver dünən Parisdə hərraca çıxarılıb.

"Drouot” satış evinin saytında yerləşdirilən məlumata əsasən, paslanmış revolver hadisənin baş verdiyi tarlada tapılıb. Lot 40-60 min avro dəyərində qiymətləndirilir.

Van Qoq 1890-cı ilin mayında qardaşı Teonun məsləhəti ilə Fransanın şimalında yerləşən Over-sür-Uaz kommunasına köçmüşdü. Həmin vaxta qədər rəssamın psixi vəziyyəti xeyli pisləşmişdi. İyulun 27-də Van Qoq rəsm çəkmək üçün alətlərini götürüb Over-sür-Uaz qəsrinin arxasındakı tarlaya gəlmiş və orada intihar etmişdi.

1960-cı ildə yerli fermerlərdən biri revolveri tapıb və silahı hazırkı sahibinin valideynlərinə verib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 14:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə