Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Günəşin ətrafında çox nəhəng yadplanetli gəmilər uçur

Günəşin ətrafında çox nəhəng yadplanetli gəmilər uçur

Son dövrlər Günəşin ətrafında nəhəng, kubşəkilli, üçbucaq formalı obyektlərin görünməsi barədə xəbərlərə rast gəlinir.

Ölkə.az bildirir ki, bütün bu xəbərlər UNO-ların mövcudluğunu bir daha təsdiqləyir.

NASA və ESA kimi kosmik agentliklərin SOHO aparatının kamerası belə müxtəlif videoları lentə alıb. Kadrlardakı gəmilərin ölçüləri insanı heyrətə salır. Bu ölçüləri görənlər, hətta ufologiyanı tənqid edənlər də bildirir ki, sözügedən obyektlər əl ilə inşa edilib. Amma müasir elm bunu qəbul etmir.

Bununla belə, bu obyektlər formalarına görə təbiət hadisəsinə bənzəmir. Məsələn, kvadrat, düzbucaqlı və daha mürəkkəb həndəsi fiqura bənzəyən obyektlər görünüb. Bu yaxınlarda isə Günəşin ətrafında raketə bənzəyən, ulduzdan uçan bir obyekt görünür. Maraqlıdır ki, bu raketin diametri planetimizin diametrindən 4 dəfə böyükdür.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə