Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Gənc Qırğız şeiri antologiyası”nın nəşr edilməsi qardaş ölkə mətbuatında geniş işıqlandırılıb

Bakıda “Gənc Qırğız şeiri antologiyası”nın nəşr edilməsi   qardaş ölkə mətbuatında geniş işıqlandırılıb

Bu yaxınlarda çap edilən “Gənc Qırğız şeiri antologiyası”nın xəbəri qardaş ölkənin mətbuat səhifələrində işıqlandırılıb. Qırğızıstanın məşhur “Kabar”, For.kg, Kaktusmedia xəbər saytları öz səhifələrində bu xəbərə geniş yer ayırıblar. Bu haqda məlumatı Qırğız mətbuatına Azərbaycanın Qırğızıstandakı Səfirliyinin ataşesi Müstəcəb Tağıyev xəbər verib.

35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Günel Eyvazlı, Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Gülnar Səma (Qasımlı)Taleh Mansur, İntiqam Yaşar, Tural Turan,  Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı tərəfindən (ruscadan, Türkiyə və Qırğız türkcələrindən) çevrilib.

Layihə rəhbəri Millət vəkili  Dr. Cavanşir Feyziyev,  məsləhətçiləri millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, “Kaspi” qəzetinin təsisçisi Dr. Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olan anto­lo­giyaya AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Dr. Yunus Oğuz rəy verib.“Gənc Qırğız şeiri antologiyası”nı qardaş ölkənin  istedadlı gənc yazarları, DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib. Kitaba Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov “Təqdim” Millət vəkili Dr. Cavanşir Feyziyev “önsöz”, Qırğız Respublikasının Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə “Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.

DGTYB bundan öncə “Çağdaş Azərbaycan şeiri” (2 cilddə, Ankara), “Gənc tatar şeiri” (Bakı), “Yeni qazax şeiri” (Bakı), “Fəzanın cazibəsi (Arxangelsk şairlərinin şeirləri)” (Bakı), “Özbək şeir çələngi” (Daşkənd), “Yeni zaman Azərbaycan şeiri” (Astana) kimi antologiyalar hazırlayıb, nəşr etdirib.

Qeyd edək ki, “Gənc Qırğız şeiri antologiyası”nın Bakıda və Bişkekdə təqdimat törənlərinin keçirilməsi nəzərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı kitabxanalarına, mədəniyyət müəssisələrinə, o cümlədən ədəbi qurumlarına paylanacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə