Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-may aylarında 30,6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur

Yanvar-may aylarında 30,6 milyard manatlıq  ümumi daxili məhsul istehsal olunmuşdur

2019-cu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, ÜDM istehsalının 46,0 faizi sənayenin, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3099,0 manata bərabər olmuşdur.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

20 2019 10:51 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə