Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib

Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamının icrası üzrə silsilə tədbirlər çərçivəsində iyunun 19-da Belqradda elmi simpozium keçirilib. Ötən il Belqrad Universitetində açılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən simpozium Serbiya Kral Akademiyası tərəfindən təşkil edilib. 

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan dövlətinin dəstəyi ilə bərpa edilmiş “Daşmeydan” parkına gediblər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələri önünə əklillər qoyublar. 
Sonra simpozium keçirilib. Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov tədbir iştirakçılarını salamlayıb. Serb və Azərbaycan alimləri məruzələrlə çıxış ediblər. 
Çıxışlardan sonra serb və Azərbaycan ekspertləri müvafiq olaraq “Nəsimi-650” və “İvo Andriç” yubiley medalları ilə mükafatlandırılıb. Yubiley medalları bu il fevralın 20-də Serbiya Kral Akademiyası tərəfindən təsis edilib.  

 

Pərvanə QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

 

20 2019 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə