Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

İyunun 19-da Baş prokuror Zakir Qaralov Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Baş ombudsmanı Şeref Malkoç ilə görüşüb. 
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, görüşdə Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini diqqətə çatdırıb. Zakir Qaralov əlaqələrimizin hər iki qardaş ölkənin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, yürütdükləri uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci rübündə imzalanmış fərman və sərəncamların əməli icrası ilə minimum əməkhaqlarının və pensiyaların əhəmiyyətli dərəcədə artırılması, həmin sosial paketin mərhələli şəkildə bütün əhali qrupları daxil olmaqla ümumilikdə 3 milyona yaxın insanı əhatə etməsi barədə ətraflı məlumat verən Baş prokuror ölkəmizdə əmin-amanlıq və sabitlik mühitinin hökm sürdüyünü, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunduğunu bildirib. 
Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, ölkə əhalisi, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin, həmçinin həyata keçirilən sosial siyasətin ifadəsi olmaqla əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan yaratmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əhəmiyyəti qonaqların diqqətinə çatdırılıb.
Görüşə görə təşəkkürünü bildirən Türkiyənin Baş ombudsmanı Azərbaycanda görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib. O, ölkəmizdə müasir dünyanın çağırışlarına cavab vermək iqtidarında olan və ən yüksək tələblərə cavab verən hüquq-mühafizə sisteminin formalaşmasından məmnunluğunu bildirib.
Şeref Malkoç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb. 

 

AZƏRTAC

20 2019 00:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə