Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız daha yaxşı yaşamağa layiqdir

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlar bu məqsədə xidmət edir

Xalqımız daha yaxşı yaşamağa layiqdir

Prezident İlham Əliyevin minimum əməkhaqlarının artırılmasına, əhalinin sosial rifahının yüksəlməsinə yönələn sərəncamları cəmiyyətdə böyük sevinclə qaşılanıb. Bu sərəncamların kimlərə şamil ediləcəyi, artımın nə qədər olacağı barədə cəmiyyətdə qızğın müzakirələr gedir. Müxtəlif kateqoriyadan olan insanlar arasında dövlət başçısının bu addımını təqdir edən saysız-hesabsız fikirlər səslənir. 

Bu barədə Milli Məclisin deputatı Sona Əliyevanın fikirlərini “Xalq qəzeti”nin oxucularına təqdim edirik:
– Bütövlükdə, 2018-2019-cu illərdə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırıb, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaradıb, qeyri-neft sektorunun sürətli inkişafını təmin edib. Bu islahatlar yoxdan deyil, güclü iqtisadiyyata əsaslanaraq edildi. Sosial həyatımızı gücləndirəcək bu nəcib addımlar dövlətin öz vətəndaşına sahib çıxdığını, onun həyat şəraitinin daim diqqət mərkəzində saxlanıldığını təsdiqlədi.
Dövlətimizin başçısının sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsinə qədəm qoyuldu. Son sərəncamlar iki milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40–50 faiz artırılmasını nəzərdə tutur. Burada xüsusilə diqqəti ona yönəltmək istərdim ki, minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Bu, həm də onların öz işlərinə mənəvi ruh yüksəkliyi ilə yanaşmasını təmin edəcək. 
S.Əliyeva əlavə edib ki, o, Vətənin keşiyində dayanan hərbçilərimizin bu artımdan yararlanmasına daha çox sevinir. Çünki bu, bir stimuldur. Bütün sahələrdə işləyən insanlar üçün maddi rifah önəmli məsələdir. Təhsil, hərbi, polis, icra strukturlarında çalışan milyonlarla soydaşımızın əməkhaqlarının artırılması cəmiyyətin maddi təminatını yüksəldən amillərdən biridir. Bu baxımdan cənab Prezidentə minnətdarlığımızı bildiririk. Bu, bir daha onu göstərdi ki, cənab ­Prezidentin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin iqtisadi gəlirləri sosial sferanın möhkəmləndirilməsinə yönəltməsi nəcib addımdır. O, özü də həmişə çıxışlarında vurğulayır ki, Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir.

 

Təqdim etdi:
Anar TURAN, “Xalq qəzeti”

 

20 2019 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə