Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti humanist addım

Növbəti humanist addım

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti böyük və humanist addımını atdı, minimum əməkhaqqı məbləğinin 250 manata qaldırılması haqqında sərəncam imzaladı. Bu, doğrudan da, çox böyük bir addımdır. Çünki Azərbaycan Prezidenti 2019-cu ilin əvvəlindən bəri artıq ikinci dəfədir ki, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam imzalayır. 

Yaxşı yadımızdadır ki, Prezident İlham Əliyev bu ilin əvvəllərində minimum əməkhaqqının 2019-cu il martın 1-dən 130 manatdan 180 manata qaldırılması haqqında sərəncam vermiş, ölkə əhalisini sevindirmişdi. Bununla da bütün ölkədə minimum əməkhaqqı 50 manat, yəni 38,4 faiz artırılmışdı. 
Təbii ki, artımın birinci halda birdən-birə 50 manat, ikinci halda isə 70 manat  həcmində artması əhali tərəfindən böyük sevinc hissi ilə qarşılanır. Birinci halda, iqtisadi mənbələrin hesablamalarına görə, Prezidentin sərəncamı ilə minimum əməkhaqqının 180 manat olması, ən azı, 600 min nəfərə şamil olunmuşdu. Bu dəfə də ölkəmizin yüz minlərlə vətəndaşı bu sərəncamdan bəhrələnəcək.   
Beləliklə, dövlət başçımız bu inqilabi addımı ilə bir daha sübut etdi ki, dövlət xalqın yanındadır. Azərbaycan büdcəsi sosialyönümlü olaraq qalır. Dövlət büdcəsinin mühüm hissəsini sosial xərclər təşkil edir. Bu isə ölkəmizdə vətəndaşların sosial müdafiəsinə, onların rifah halının yaxşılaşmasına daim diqqət yetirilməsinin bariz göstəricisidir. 

 

Nizami SÜLEYMANOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

 

20 2019 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə