Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Minimum əməkhaqqının artırılması daim diqqət mərkəzindədir

Minimum əməkhaqqının artırılması daim diqqət mərkəzindədir

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan amilidir. Son bir ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar imzalanan fərman və sərəncamlar da bundan xəbər verir. Dövlət başçısının 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və əmək pensiyasının minimum məbləği isə 38,5 faiz artırılaraq 160 manata çatdırılmışdı. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə atılan daha bir qətiyyətli addım oldu. Şəhid ailələrinin, aztəminatlı ailələrin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması dövlət başçısının uğurlu sosial siyasətinin əsas istiqamətlərindəndir.

2019-cu il iyunun 18-də Prezident İlham Əliyevin “Minimum əməkhaqqının artırılması” haqqında imzaladığı sərəncamla cari il sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılıb. Altı ay ərzində minimum əməkhaqqının 2 dəfə artırılması ölkəmizdə insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Digər sərəncamlarla da bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 40 faiz artırılıb. Sevinirəm ki, həmin sərəncamlar sırasında dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də əməkhaqqının artırılması nəzərdə tutulub. 
Ümumiyyətlə, bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin vətəndaşlara göstərdiyi diqqət və qayğını bir daha əyani şəkildə göstərir. 
Mənim 30 il pedaqoji təcrübəm var. Bir neçə il əvvəl ölkəmizdə az əməkhaqqı alan işçilər sırasında pedaqoji sahədə çalışanların da adı çəkilirdi. Son illərdə müəllimlərin əməkhaqqının bir neçə dəfə artırılması vəziyyətimizi xeyli yaxşılaşdırıb. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləğinin 40 faizə yaxın artırılaraq, 250 manata çatdırılması da pedaqoji sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayacaq. 
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə, bariz şəkildə ehtiva edən bu qərarlar hər birimizin gələcəyə olan inamımızı daha da artırıb. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarıq.

 

Hüsniyyə MUSTAFAYEVA, 
Bakı şəhərindəki şəhid Bünyadalı Qulamoğlu adına 285 saylı tam orta məktəbin müəllimi

 

20 2019 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə