Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükü elan edilib

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükü elan edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edir.
FHN-dən bildiriblər ki, Fond üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Xaçmaz-Taxıl” MMC, “Xırman” MMC, “AZAQROTAXIL” MMC, “Sarı Sünbül” firması, “Azəri-Arapoğlu” US T.LTD BM və “SAF Ekspress Aqro” MMC müəssisələri vasitəsilə iyunun 20-dən sentyabrın 1-dək “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarının qiymətinin dəyişməsi ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi haqqında” İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında bağlanmış Razılaşmaya uyğun olaraq, İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu üzvlərinin təkliflərinə əsasən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 manat olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyənləşdirilən Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:
I. Dənin naturası (bir litrlik purkalarda qramla): buğda üçün – 750 q/l-dən az olmamaqla.
II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün – 2 faizdən çox olmamaqla.
III. Dən qarışığı (faizlə): buğda üçün – 5 faizdən çox olmamaqla.
IV. Nəmlik (faizlə): bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla.
V. Yapışqanlıq: 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla. Yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)
VI.  Şüşəvarilik: 3-cü sinif buğda üçün – 40 faizdən az olmamaqla.
VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir.                        
VIII.  Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir.
IX. Anbar ziyanvericiləri  ilə sirayətlənmə - yol verilmir.               
X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir.
Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (saat 9:00-dan 18:00-dək):
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
“Abşeron Taxıl” MMC, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, tel:  012-342-90-04, 050-488-88-80;
“Dəvəçi-Dəyirman MMC”, Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
“Karat-Holdinq”, Xirdalan şəhəri, Şamaxı şosesi-23, tel: 050-222-38-36;
“Karmen”  MMC, Abşeron rayonu, Yeni  Şamaxı şosesi-23, tel: 050-265-80-75;
“Gəncə-Dəyirman” MMC, Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
“N.Quliyev adına Bakı-Taxıl” ASC, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44, 050-214-72-81;
“Muğan” ASC, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
“Aveta” MMC, Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;
“Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
“Xaçmaz-Taxıl” MMC, Xaçmaz şəhəri, tel: 050-590-18-36;
“Xırman” MMC, Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“SAF Ekspress Aqro” MMC, Xırdalan şəhəri, tel: 050-630-65-92
“Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel:  050 222 65 22;
“Azaqrotaxıl” MMC, Ağcabədi rayonu, Hindarxı kəndi, tel: 050-255-49-55;
“Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66.
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı tələb edilir. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 2018-ci il iyulun 1-dək buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25  və 070-271-71-33 telefon nömrələrinə, habelə 112 – “qaynar” xəttinə müraciət etmək olar.                                    

 

AZƏRTAC

20 2019 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə