Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 273    Bakı şəhəri, 14 iyun 2019-cu il


“Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 633) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları”nın “Aylıq vəzifə maaşı (manatla)” sütununda “171” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin. 
2. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir. 

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə