Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 271     Bakı şəhəri, 13 iyun 2019-cu il
“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1007-VQD nömrəli  Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1915 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün sərf olunan optimal iş vaxtının müəyyən edilməsi məqsədilə bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkilini təmin etsin.
4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun

tarixli 271 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata

keçirilməsinə görə xidmət haqqının məbləği

 

Sıra №-si

Xidmətin adı

Xidmət haqqının məbləği

(ƏDV daxil, manatla)

1.

Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün bu Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə göstərilən xüsusiyyətlərə (A, B, C) uyğun planlaşdırılan iş həcmi nəzərə alınmaqla, akkreditasiya prosedurunun xidmət haqqı

A

B

C

800

1000

1500

2.

Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyasında, akkredi-tasiya sahəsində dəyişikliklərin edilmə-sində iştirak edən qiymətləndiricilərin 1 (bir) saatı üçün xidmət haqqının məbləği  

90

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun

tarixli 271 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata

keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri

 

 

1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası

üçün nəzərə alınan xüsusiyyətlər

 

Qrup

Xüsusiyyətlər

Qiymətləndirilən obyektlərin sayı

A

Sınaq üsulları və ya kalibrləmə obyektləri

1-5

B

Sınaq üsulları və ya kalibrləmə obyektləri

6-20

C

Sınaq üsulları və ya kalibrləmə obyektləri

C>20

 

 

2. Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumların akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

 

Qrup

Xüsusiyyətlər

Qiymətləndirilən obyektlərin sayı

A

Sertifikatlaşdırılacaq məhsulların sayı

1-5

B

Sertifikatlaşdırılacaq məhsulların sayı

6-10

C

Sertifikatlaşdırılacaq məhsulların sayı

C>10

 

 

 

 

 

3. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumun akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

 

Qrup

Xüsusiyyətlər

Qiymətləndirilən obyektlərin sayı

A

Sertifikatlaşdırılacaq standartların sayı

1-2

B

Sertifikatlaşdırılacaq standartların sayı

3-4

C

Sertifikatlaşdırılacaq standartların sayı

C>4

 

 

4. İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumların akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

 

Qrup

Xüsusiyyətlər

Qiymətləndirilən obyektlərin sayı

A

Sertifikatlaşdırılacaq sahələrin sayı

1-2

B

Sertifikatlaşdırılacaq sahələrin sayı

3-4

C

Sertifikatlaşdırılacaq sahələrin sayı

C>4

 

 

5. İnspeksiya xidməti göstərən orqanların akkreditasiyası üçün nəzərə  alınan xüsusiyyətlər

 

Qrup

Xüsusiyyətlər

Qiymətləndirilən obyektlərin sayı

A

İnspeksiya olunan obyektlər

1-5

B

İnspeksiya olunan obyektlər

6-10

C

İnspeksiya olunan obyektlər

C>10

 

 

 

 

 

 

 

6. Etalon material istehsalçılarının akkreditasiyası üçün nəzərə

alınan xüsusiyyətlər

 

Qrup

Xüsusiyyətlər

Qiymətləndirilən obyektlərin sayı

A

İstinad materialları

1-2

B

İstinad materialları

3-4

C

İstinad materialları

C>4

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə