Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı

Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı

“Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərxan Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları”nın nümayəndə heyəti Cenevrədə CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı)  Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında iştirak etmişdir. 
CANSO-nun Qlobal Sammitində aviasiya sənayesinin dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəhbəri,  həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Hava Limanlarının Beynəlxalq Şurası (ACI), Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı (CANSO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və ABŞ-ın Federal Aviasiya Administrasiyası  (FAA) kimi beynəlxalq təşkilatların liderləri iştirak etmişlər. 
Proqram çərçivəsində “Aviasiyada düşünülmüş liderlik” mövzusu üzrə əsas məruzəçilər Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru Aleksandr de Jyunyak  və  Hava Limanlarının Beynəlxalq Şurasının baş direktoru Angela Qittens çıxış etmişlər. Daha sonra İATA-ya üzv aviaşirkətlərin, ACI-ya üzv aeroportların və CANSO aeronaviqasiya təminatı provayderlərinin qrup müzakirələri keçirilmişdir. 
AZAL tərəfindən Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətləri barədə videoçarxın təqdimatı keçirilmişdir:  https://youtu.be/eY5zf7hlUlY
Tədbirdə “CANSO-2020”-nin 2020-ci il iyunun 8-dən 12-dək Bakıda keçiriləcəyi rəsmən bəyan edilmişdir.
“Biz CANSO Qlobal Sammiti və 24-cü illik toplantısı üzrə AZAL-ın komandası ilə birgə işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan qlobal və regional hava nəqliyyatında əsas rol oynayır və dünyanın bir çox ölkələri və təşkilatları ilə möhkəm əlaqələrə malikdir. Beləliklə, bu bizim növbəti flaqman tədbirimiz üçün mükəmməl mühit olacaq. Hava hərəkətinin idarə edilməsi sahəsində ən son yeniliklərlə tanış olmaq üçün hamınızı 2020-ci ildə orada qarşılamağı səbirsizliklə gözləyirəm” – deyə CANSO-nun yeni təyin olunmuş baş direktoru Saymon Hokard bildirmişdir. 
Xatırladaq ki, “CANSO AGM-2020”-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda icraiyyə komitəsinin (FAA, ABŞ, Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə ­seçilmişdir..
CANSO-nun 24-cü sammitinin Bakıda keçirilməsi haqqında sazişi 2018-ci ilin sentyabrında AZAL prezidenti Cahangir Əsgərov və CANSO-nun sabiq baş direktoru Cef Pul imzalamışlar.
“Azərbaycan Hava Yolları” ­
QSC-nin mətbuat xidməti illik “Global ATM Summit” mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox nümayəndə iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir. 
Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğının, eyni zamanda, bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.

 

“Xalq qəzeti”

20 2019 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə