Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Equinor” şirkəti, Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) kəşfiyyat ərazisində Aypara-1 quyusunun qazıma üzrə operatoru kimi, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını ictimaiyyətə təqdim edir

“Equinor” şirkəti, Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) kəşfiyyat ərazisində Aypara-1 quyusunun qazıma üzrə  operatoru kimi, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını ictimaiyyətə təqdim edir

ƏMTQ sənədinin nüsxələri ictimaiyyətin tanış olması üçün 14 iyun 2019-cu il tarixindən aşağıdakı ünvanlarda yerləşdirilib:
• “Equinor” şirkətinin Bakı ofisinin qəbul şöbəsi - Ü. Hacıbəyli küç., 62, Marine Plaza biznes mərkəzi  
• M.F. Axundov adına Milli Kitabxana - Xəqani küç., 29  
• Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası - Hüseyn Cavid küç., 31  
• Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası - Azadlıq prospekti, 20  
• Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - B. Ağayev küç., 100a  
• Pirallahı Kütləvi kitabxanası filial № 2 - Süleyman Bağırov küç., V. Mustafazadə adına Pirallahı Mədəniyyət evi  
• Neft Daşları kitabxanası, Neft Daşları Mədəniyyət evi  
• Çilov adası, Rasim İbrahimov adına 131 saylı orta məktəb – D. Kisilyov küç.,1  
Azərbaycan və İngilis dillərində sənədin tam layihə variantı “Equinor”un veb səhifəsində (https://www.equinor.com/en/how-and-why/impact-assessments.html) yerləşdirilib.
Şərhlərinizi https://www.equinor.com/en/how-and-why/impact-assessments.html səhifəsinə daxil olmaqla və [email protected] ünvanına elektron məktub göndərməklə 14 iyul 2019-cu il tarixinə qədər təqdim edə bilərsiniz.
Həmçinin ƏMTQ sənədinin təqdim edilməsi məqsədi ilə ictimaiyyətlə açıq görüş keçiriləcəkdir:
Tarix: 04 iyul 2019-cu il
Vaxt: 10:00- 13:00
Yer: Holiday Inn mehmanxanası, Baku 1 Ballroom iclas zalı
Ünvan: Bakı şəhəri, Kövkəb Səfərəliyeva 5,
Görüşdə “Equinor” şirkəti tərəfindən təqdimatlar ediləcək və auditoriya üçün suallar verməyə və şərhlər bildirməyə imkan yaradılacaq.“Equinor” şirkəti qeyd olunan sənədi müzakirə etmək üçün bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.
Əlavə məlumat üçün “Equinor”un nümayəndəsi Ramiz Quliyev ilə əlaqə saxlaya bilərsiniz: (012) 497 73 40, e-poçt ünvanı: [email protected]

20 2019 00:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 İyul 2019 | 01:43
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə