Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutu dinşünaslıq, islamşünaslıq, dillər və ictimai fənlər kafedralarında vakant baş müəllim və müəllim vəzifələrinə müsabiqə elan edir

Azərbaycan İlahiyyat İnstitutu dinşünaslıq, islamşünaslıq, dillər və ictimai fənlər kafedralarında vakant baş müəllim və müəllim vəzifələrinə müsabiqə elan edir

Baş müəllim vəzifəsinə müsabiqədə ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı olan magistrlər iştirak edə bilərlər.
Müəllim vəzifəsinə müsabiqədə elmi-pedaqoji stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi-pedaqoji stajı olan magistrlər iştirak edə bilərlər. 
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan dərc edildiyi gündən başlayaraq 30 gündür (hər iki tarix daxil olmaqla 2019-cu il iyunun 20-dən iyulun 19-dək).
Müsabiqədə iştirak etmək istəyən şəxslər rektorun adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kadrların şəxsi qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;
- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı..

 

Rektorluq

20 2019 00:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Oktyabr 2019 | 02:04
B İ L D İ R İ Ş
19 Oktyabr 2019 | 02:03
B İ L D İ R İ Ş
19 Oktyabr 2019 | 02:03
B İ L D İ R İ Ş
19 Oktyabr 2019 | 02:02
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə