Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının “Qızıl medal”ına layiq görülüb

Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının “Qızıl medal”ına layiq görülüb

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının “Qızıl medal”ına layiq görülüb.
Çingiz Fərzəliyevə mükafatı Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin təqdim edin. O bildirib ki, Çingiz Fərzəliyev V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunda təhsil alıb, SSRİ dövründə bir çox mötəbər Ümumittifaq rəsm sərgilərinin iştirakçısı və mükafatçısı olub: “Çingiz Fərzəliyev “Qızıl medal”a təkcə postsovet məkanının ən yaxşı muzeylərdən birinin rəhbəri kimi deyil, həm də hazırda fəaliyyət göstərən rəssam, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan incəsənət xadimi kimi layiq görülüb. Biz böyük məmnuniyyətlə onu Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü və fəxri professoru kimi öz sıralarımıza qəbul etmişdik. Bu gün isə Azərbaycan rəssamına Rusiya akademiyasının ən yüksək mükafatını təqdim etməkdən məmnunluq duyuruq”, - deyə V.Kalinin bildirib.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Andrey Zolotov, “Tretyakovskaya qalereya” jurnalının baş redaktoru Aleksandr Rojin və başqaları mərasimdə çıxış edərək Ç.Fərzəliyevə yaradıcılıq uğurları arzulayıblar.
Çingiz Fərzəliyev mükafata görə Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

20 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə