Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Şirkət yeni nəsil texnologiyaların tətbiqinə hazırdır

“Azercell”in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

“Azercell” şirkəti ölkənin telekommunikasiya sektorunda 49 faiz payla lider mobil operator mövqeyində qərarlaşıb. Şirkət telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, fəaliyyət göstərdiyi 22 il ərzində isə 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 min ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 ABŞ dollarından çox vəsait xərcləyib. 

Şirkətin yeni sərmayələri nəticəsində 4G istifadəçilərinin sayı 3 dəfə artıb. 4G şəbəkəsinin coğrafi ərazi əhatə dairəsində 61,4 faiz, əhali əhatə dairəsində isə 86.2 faiz artım qeydə alınıb. Günlük 4G internet istifadəsində müşahidə olunan artım 49.6 faiz təşkil edib. 4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim edib. Nəticədə “Azercell” müştərilərinin 60 faizdən çoxu smartfon istifadəçisinə çevrilib. “Azercell”in ötən ildə ümumi mobil internet trafiki 55 faiz, LTE mobil trafiki isə 199 faiz artmışdır. 
Hazırda regionlarda şəbəkənin genişləndirilməsi üzərində fəal iş gedir, mart ayında rayon mərkəzlərində 4G şəbəkəsi təmin edilib. Bu müddət ərzində ümumilikdə 770 4G stansiyası quraşdırılıb. 4G şəbəkəsinin genişləndirilməsi şirkətin bu gün üçün prioritet fəaliyyət istiqamətlərindən biri olaraq qalır. Bu planın 2019-cu ilin III rübündə tamamən yerinə yetirilməsi nəzərdə tutulub. Ölkə daxili şəbəkənin genişləndirilməsi ilə yanaşı “Azercell” ötən il ərzində rominq üzrə 19 yeni ölkə ilə saziş bağlayıb. Eyni zamanda lider operator abunəçilərinə 50 ölkədə fəaliyyət göstərən 80 operatorun şəbəkəsində istifadəni nəzərdə tutan xüsusi internet paketləri təqdim edib. 
Şirkət həmçinin Bakı metropolitenində mobil rabitənin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görür. Birinci mərhələdə bu il daha yüksək sıxlıq müşahidə edilən stansiyalar 4G şəbəkəsi ilə əhatə ediləcək. Gələn il isə rabitə yalnız platformalarda deyil, tunellərdə də daha sürətli olacaq. Bununla yanaşı gələcəyin texnologiyası olan 5G şəbəkəsinin qurulması üzrə də fəal danışıqlar gedir, texniki avadanlığın xüsusiyyətləri müəyyən edilir. Ən yaxşı modeli seçdikdən sonra, şirkət pilot layihənin həyata keçirməyə başlayacaq. 

 

“Xalq qəzeti” 

20 2019 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə