Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentimizin ad günümə ən böyük hədiyyəsi

Prezidentimizin ad günümə ən böyük hədiyyəsi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin təqdimatı mərasimində dövlətimizin başçısına məlumat verdi ki, nazirlik “ŞA İnşaatçı” MTK tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb.  Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilib. 

Mənzil sevinci yaşayanlardan biri--Qarabağ müharibəsi əlili Rahib Babayevin sevincinə şərik çıxıb onu təbrik etdik. R. Babayev dedi:

--Sevincimin həddi - hüdudu yoxdur. Dörd nəfərlik ailəmlə neçə illərdir kirayələrdə yaşamışıq.  Özüm Qərbi Azərbaycanın Mehri rayonunda doğulmuşam,  18 yaşından Qarabağ müharibəsində iştirak etmişəm. 1992--94-cü illərdə Ağdərədə mənfur qonşularımızla ölüm-dirim savaşına çıxmışam, əlil olmuşam. Vətən yolunda qanımdan-canımdan keçməyə həmişə hazır olmuşam və yenə də lazım gələrsə, silaha sarılmağa hazıram.

Mənzillə bağlı 2000-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Görün, hər il nə qədər Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillər verilir.

Bu mənzil Prezidentimizin mənim 44 yaşıma ən qiymətli hədiyyəsidir.   Bu hədiyyəni dövlət başçısının, onun xanımının təqdim etməsi isə  məndə ayrıca qürur hissi  doğurur. Bizə verilən bütün  mənzillərdə yaradılan şərait hər kəsin ürəyincədir. Niyə də olmasın? Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.

Bu şəraiti bizə yaradan və təqdimatda iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  ailəmin adından minnətdarlıq edirəm.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

2 2018 12:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə