Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İŞİD qruplaşması məsuliyyəti üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, partlayış nəticəsində azı 25 nəfər həlak olub, 95 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışlardan biri şəhərin qərbində yerləşən idman mərkəzində yarış vaxtı törədilib. İlkin məlumata görə, idman klubuna bombanı terrorçu-kamikadze gətirib. İkinci partlayıcı qurğu isə ilk partlayışın baş verdiyi yerə yaxın avtomobildə quraşdırılıb.
Qeyd edək ki, partlayış nəticəsində “Tolo News” telekanalının iki əməkdaşı – 28 yaşlı jurnalist və 23 yaşlı operator həlak olub.
Mənbənin məlumatına görə, yaralıların bir çoxu, o cümlədən 7 polis əməkdaşı ağır vəziyyətdədir. Ölənlər arasında, həmçinin 6 idmançının olduğu bildirilir.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

6 2018 21:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə