Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə S-400 zenit raket kompleksləri alacaq

Türkiyə S-400 zenit raket kompleksləri alacaq

“Anadolu” agentliyinin yaydığı məlumata görə, rəsmi Ankara tezliklə Rusiyadan S-400 zenit raket komplekslərini alacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bu məsələnin artıq həll olunduğunu və tezliklə sifarişlərini alacaqlarını bildirib. Bir müddət öncə rəsmi Ankara vurğulamışdı ki, S-400 zenit raket komplekslərini almaqdan imtina etməyəcək. Kompleksin birinci hissəsinin çatdırılması iyulun birinci yarısında yekunlaşmalıdır.
ABŞ rəsmiləri isə bildirib ki, S-400 NATO standartlarına uyğun deyil. Rəsmi Vaşinqton Türkiyəni sanksiyalarla hədələyib. Ağ evdən bir neçə dəfə Türkiyəyə ən yeni F-35 təyyarələrinin satışı prosesinin ləğvi barədə xəbərdarlıq edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl də Rusiyadan S-400 zenit raket komplekslərinin alınması məsələsinin bağlandığını təsdiq edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2019 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə