Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Donald Tramp ikinci müddətə namizədliyini irəli sürəcək

Prezident Donald Tramp ikinci müddətə namizədliyini irəli sürəcək

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə yenidən dövlət başçısı postuna seçilmək üçün kampaniyaya başladığını rəsmi şəkildə elan edib. Bu barədə o, Floridanın Orlando şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib. Məlumatı TASS verib. 
İkinci müddətə namizədliyini irəli sürəcəyini bildirən prezident ölkənin çiçəkləndiyini və yeni zirvələrə çatdığını bəyan edib. “Bizim iqtisadiyyata bütün dünyada həsəd aparırlar, ölkəmiz indi bütün tarixi ərzində ən yaxşı vəziyyətdədir”. 
2016-cı ilin prezident seçkilərinə toxunan Tramp deyib: “Biz bir dəfə bunu sınaqdan keçirdik, indi təkrar edəcəyik. Bu dəfə başladığımız işləri başa çatdıracağıq. Əgər siz bu korrupsiyalaşmış sistemə birdəfəlik son qoymaq istəyirsinizsə, 2020-ci ilin 3 noyabrında gəlin və səs verin, səs verin, səs verin”. 
Prezidentin sözlərinə görə, son 2 il yarım ərzində komandası hücum qarşısında olub. Ancaq xüsusi prokuror Robert Müllerin hesabatı qələbəni təmin edib. Sənəddə qeyd edilir ki, Trampın seçki qərargahının heç bir üzvü Rusiya nümayəndələri ilə əməkdaşlıq etməyib. “Mən hərbi qüvvələri möhkəmləndirdim, Rusiyaya qarşı sanksiyalar tətbiq etdim və bütün Avropaya alternativ enerji mənbələri təqdim etdim. Bu, Rusiya üçün çox ciddi rəqabət yaratdı. Heç kim Rusiyaya münasibətdə Donald Trampdan artıq qəddarlıq göstərməyib. Demokratları Rusiya düşündürmür, onları yalnız dövlət hakimiyyəti narahat edir”. 
Xatırladaq ki, ABŞ prezidentinin 59-cu seçkisi 2020-ci il noyabrın 3-də keçiriləcək. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

19 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə