Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Ukraynaya hərbi yardım göstərəcək

Məqsəd bu ölkənin hərbi potensialını gücləndirməkdir

ABŞ Ukraynaya hərbi yardım göstərəcək

Birləşmiş Ştatlar hökuməti Ukraynada hərbi sahənin inkişafına 250 milyon dollar həcmində maliyyə yardımı ayırmağı qərara alıb. Bu barədə Müdafiə Nazirliyinin bəyanatına istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Mənbə qeyd edir ki, maliyyə vəsaitləri Ukraynanın hərbi-dəniz və quru qoşunlarının potensialının gücləndirilməsi üçün nəzərdə tutulub. Bəyanatda həmçinin bildirilir ki, Ukrayna ordusuna snayper tüfəngləri, qranatomyotlar, radarlar, rabitə və müşahidə qurğuları, eləcə də müasir hərbi tibbi texnikalar veriləcək. 
Pentaqonun hesablamalarına görə, sözügedən sonuncu hərbi yardım paketi də nəzərə alınmaqla, ABŞ-ın 2014-cü ildən başlayaraq Ukraynaya göstərdiyi hərbi yardımın həcmi artıq 1,5 milyard dollara çatıb. 
Qeyd etmək lazımdır ki, rəsmi Kiyev təkcə okeanın o tayından deyil, Avropanın aparıcı ölkələri olan Fransa və Almaniyadan da siyasi, iqtisadi, hərbi dəstək əldə etməyə çalışır. 
Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenski bu günlərdə əvvəlcə Parisə, ardınca Berlinə rəsmi səfər edərək həmin ölkələrin liderlərini ölkəsinə hərtərəfli yardım göstərməyə çağırıb.
Ukraynanın yeni dövlət başçısının həmin ölkələrə səfəri, keçirdiyi görüşlər, mətbuata açıqlamaları qlobal medianın diqqət mərkəzində olub. Ukrayna Prezidenti administrasiyası səfərin kifayət qədər uğurlu olduğunu bildirib. 

M.HACIXANLI, “Xalq qəzeti” 

19 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə