Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ

Yaponiyanın şimalında Honsyu adasının sahillərində güclü zəlzələ olub. “Kyodo” agentliyinin məlumatına görə, yeraltı təkanların gücü 6,8 bal olub. 
Zəlzələnin epimərkəzi Yamaqato prefekturasının sahillərində 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra kiçik dalğalı sunami baş verib.
Zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb. Əhali evakuasiya edilib. Qatarların hərəkəti dayandırılıb.
Xilasedicilər bildiriblər ki, xəsarət alanların sayı arta bilər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

19 2019 23:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə