Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqında dinamik artım güclənir

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqında  dinamik artım güclənir

2019-cu il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1 milyon 583,3 min nəfər olmuş, onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, muzdla işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2019-cu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 581,2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

19 2019 15:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə