Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Berlin Türkiyənin İdliblə bağlı narahatlığını bölüşür”

Bu fikri Almaniyanın xarici işlər naziri Hayko Maas səsləndirib

Dünən Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Hayko Maas arasında görüş olub. Tərəflər bir sıra ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Almaniyalı nazir Berlinin Türkiyə hökumətinin İdlibdəki mövcud gərgin durumla bağlı narahatlığını bölüşdüyünü bildirib. H.Maas deyib: “Türkiyə öz sərhədindəki hadisələri böyük narahatlıqla izləir. Bununla bağlı biz də narahatıq. Mən o regiondan (İdlib nəzərdə tutulur-müəllif) bəhs edirəm ki, hazırkı gərgin vəziyyətdə orada hadisələr ağır humanitar fəlakətə yol aça bilər. İdlibdən qaçanlara yardım etmək lazımdır. Biz onlara yardım məsələsini müzakirə etdik. Türkiyə bu məsələdə bizim vacib tərəfdaşımızdır”.
Almaniyanın xarici işlər naziri İdlibdə humanitar fəlakətin qarşısının alınmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda Suriyada 3 milyondan çox insan ciddi təhlükə qarşısındadır. Bu insanların çoxu uşaqlardır. 
H.Maas bu gün Tehranda Suriya üzrə üçtərəfli sammitin əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, ­Almaniya hökuməti Türkiyənin bu məsələ üzrə mövqeyini dəstəkləyir. Diplomat bildirib ki, beynəlxalq birliyin bir çox üzvləri İdlib ətrafında vəziyyətin nizamlanmasında Ankaraya böyük ümidlər bəsləyir. 
Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın xarici işlər nazirini qəbul edib. Görüş Ankaradakı Prezident kompleksində keçirilib və bir saata qədər davam edib. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. 

M.HACIXANLI, 
“Xalq qəzeti”

6 2018 21:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə