Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət HACIYEV: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır

Hikmət HACIYEV: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır

Xarici ölkələrdə Azərbaycan mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin hədəflərə çatdırılması üçün çox vacibdir. 
Bu fikri açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Azərbaycanın Ankaradakı səfirliyində təşkil olunan konfransda iştirakçıların suallarını yüksək dəyərləndirən şöbə müdiri deyib: “Ünvanlanan suallardan da göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələri əhatə edən islahatlar, o cümlədən xarici siyasətimizin ayrı-ayrı istiqamətləri bizimlə tərəfdaşlıq etmək istəyənlərin sayını artırmaqdadır. Dövlətimizin başçısının bildirdiyi kimi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq etmək istəyən tərəflərlə əlaqə qurmaq Azərbaycan üçün prioritet məsələdir. Bir sıra ölkələr var ki, onların Ankarada diplomatik nümayəndəlikləri var, amma Bakıda yoxdur. Suallardan da göründüyü kimi, bu konfransda ölkəmizin imkanlarından, perspektivdə olan layihələrimizdən bəhrələnmək istəyən tərəflər üçün cəlbedicilik yarada bilən daha bir addım atdıq”.

 

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

19 2019 12:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə