Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Konqres Mərkəzində məzun gecəsi

Bakı Konqres Mərkəzində məzun gecəsi

İyunun 15-də Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil, Gənclər və İdman nazirliklərinin məsul işçiləri iştirak ediblər. Qonaqlar əvvəlcə foyedə gənclər təşkilatlarına məxsus müxtəlif məzmunlu stendlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra Azərbaycanda təhsilə, gənclərə və idmana dövlətimiz tərəfindən qayğıdan bəhs edən videoçarx nümayiş olunub.
Çoxsaylı məzunların qatıldığı tədbir ­maraqlı konsert proqramı ilə davam edib.

 

19 2019 12:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 11:32
Atəşkəs rejimi 20 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə