Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda Milli Qurtuluş Gününə həsr edilmiş konfrans keçirilmişdir

Suraxanıda Milli Qurtuluş Gününə həsr edilmiş konfrans keçirilmişdir

Suraxanı rayonunda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət İdarəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev parkında tanınmış incəsənət ustalarının iştirakı ilə konsert təşkil olunmuşdur. Konsertdə rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, 2 mindən yuxarı rayon sakini iştirak etmişdir.

Növbəti tədbir isə “Müstəqilliyimizi şərəfləndirən şanlı tarix” mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən təşkil olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə, ulu öndərin xatirəsinə həsr edilmiş poçt markaları və kitab sərgiləri ilə tanış olmuş və adıçəkilən mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filminə baxmışlar. 
Dövlət himni səsləndirildikdən sonra konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, 15 iyun – Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə mühüm önəm daşıyır. İyirmi altı il öncə gerçəkləşən bu tarixi gün xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ilin iyununda xalqın təkidi ilə ümummilli lider yenidən hakimiyyətə gəlməsəydi, şübhəsiz ki, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olacaqdı.
Rayon rəhbəri qeyd etmişdir ki, ümummilli lİder Heydər Əliyev böyük qayıdışı ilə respublikamızı uçurumdan qurtardı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və hazırda Azərbaycan hərtərəfli inkişaf üzərində qurulmuş ölkə kimi gələcəyə doğru yolunu inamla davam etdirir.
İlqar Abbasov vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə fəal iştirak edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Bu günlərdə fəaliyyətə başlamasının 15 illiyi qeyd edilən adıçəkilən fond Mehriban xanım Əliyevanın rəhbərliyilə ümummilli liderin zəngin dövlətçilik irsinin təbliğində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə gedən inkişafın dünyaya təqdim olunmasında müstəsna xidmətlər göstərir. 
Konfransda çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abiyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etmişlər ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. 
Sonda Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər RİH başçısının Fəxri fərmanı ilə təltif olunmuşlar. Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsində fərqlənən şagirdlərə isə təşəkkürnamə təqdim edilmişdir. 
Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

 

19 2019 12:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə