Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10 min nəfərlik silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib. Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında deyilir: “Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.
Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə “bundan sonra nə?” sualı ilə müraciət etməli oluruq”.

 

19 2019 12:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 11:32
Atəşkəs rejimi 20 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə