Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Asiya ölkələrinə dair yeni strategiya qəbul edilib

Mərkəzi Asiya ölkələrinə dair yeni strategiya qəbul edilib

Əfqanıstanda sülhə dəstək məqsədilə əməkdaşlığı genişləndirmək üçün Avropa İttifaqı Şurası Mərkəzi Asiya ölkələrinə dair yeni strategiya qəbul edib. Bu barədə RİA “Novosti” məlumat yayıb.
Bildirilir ki, sənəd Mərkəzi Asiya ölkələri ilə geniş tərəfdaşlıq əlaqələrinə dair sazişlər imzalayıb həyata keçirməyə hazırlığı özündə ehtiva edir. 
Aİ Şurası 2007-ci ildə regiona dair birinci strategiyanın qəbulundan sonrakı müddət ərzində Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistanla münasibətlərin güclənməsini alqışlayaraq yeni strategiyanın da Mərkəzi Asiyada dayanıqlı inkişafa, rifaha, regional əməkdaşlığa dəstək məqsədi daşıdığını qeyd edib.
Yeni strategiyada həmçinin “Aİ ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrdə təməl daşı olaraq qalan” maraqlı ölkələrlə də geniş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlərin imzalanması və həyata keçirilməsinə sadiq olduqları diqqətə çatdırılıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

19 2019 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə