Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Prezidenti Fransada səfərdə olub

Ukrayna Prezidenti Fransada səfərdə olub

Ukrayna Prezidenti Vladimir Zelenski Fransada həmkarı Emmanuel Makronla görüşdən sonra bəyan edib ki, “Normand dördlüyü” formatında danışıqları bərpa etmək lazımdır. Bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, Zelenski Donbasda vəziyyətin nizamlanması üzrə “Normand dördlüyü” (Rusiya, Fransa, Almaniya və Ukrayna) çərçivəsində fəaliyyət üçün şərtlərini də açıqlayıb. Onun sözlərinə görə, bunun üçün birinci dərəcəli vəzifə əsirlərin mübadiləsi, ukraynalı dənizçilərin qaytarılması, atəşin dayandırılması, qoşunların cəbhə xəttindən uzaqlaşdırılması və Luqanskda körpünün tikilməsidir. 
“Bu addımlar, düşünürəm ki, çətin deyil, ancaq çox təcilidir və biz ən yaxın vaxtlarda bu məsələləri həll etməliyik. Yalnız bundan sonra “Normand formatı”na və münaqişənin həllinə qayıda bilərik”, – deyə Zelenski bildirib. 
Ukrayna prezidenti deyib ki, yaxın zamanlarda “Normand dördlüyü” ölkələrinin siyasi müşavirlərinin görüşü keçiriləcək. “Bizim müşavirlər görüşün hazırlanması məqsədilə bir araya gələcəklər”. 
Zelenski qeyd edib ki, nəzarətdən çıxmış ərazilərin Kiyevin sərəncamına qaytarılması dövlət başçısı və sadəcə insan kimi onun əsas prioritetidir. Ancaq Donbasda vəziyyət hərbi yolla nizamlana bilməz. “Yeganə açar diplomatik və sanksiya təzyiqidir. Biz Qara və Azov dənizlərində, Kerç boğazında təhlükəsizliyi təmin etmək üçün bundan sonra da NATO üzvü olan ölkələrlə əməkdaşlığı davam etdirəcəyik”. 
Bununla yanaşı, o bildirib ki, Kiyev Donetsk və Luqansk rəhbərliyi ilə danışıqlara hazır deyil. Amma Minsk formatında fəaliyyətə və atəşi dayandırmağa hazırdır. 
Xatırladaq ki, Zelenski iyunun 17-də Fransa Prezidenti Emmanuel Makron, dünən isə Almaniya Kansleri Angela Merkellə görüşüb. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti” 

19 2019 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə