Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin və Berdiməhəmmədov iqtisadi əməkdaşlığı müzakirə ediblər

Rusiya və Türkmənistan liderləri arasında telefon bağlantısı olub

Putin və Berdiməhəmmədov iqtisadi əməkdaşlığı müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı zamanı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə Kremlin mətbuat xidmətinə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Türkmənistan Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə də sıx iqtisadi əlaqələr qurmağı planlaşdırır. Yeri gəlmişkən, Prezident Q.Berdiməhəmmədov bu yaxınlarda Tatarıstana işgüzar səfər edəcək. Bu və digər regional məsələlər də müzakirə olunub. 
Kremlin açıqlamasında həmçinin qeyd olunur ki, tərəflər iki ölkə arasında strateji əməkdaşlığı daha da gücləndirmək əzmindədirlər. Türkmənistan hazırda Müstəqil Dövlətlər Birliyinə sədrlik edir. Rəsmi Aşqabad bu təşkilat çərçivəsində Rusiya, eləcə də digər üzv ölkələr ilə hərtərəfli əlaqələri genişləndirməyə çalışır.
Türkmənistan Prezidenti rusiyalı həmkarını bu ilin avqustunda Türkmənbaşıda keçiriləcək Xəzər İqtisadi Forumuna hazırlıq ilə bağlı görülən işlər barədə də məlumatlandırıb. Telefon bağlantısı Türkmənistan tərəfinin təşəbbüsü ilə baş tutub. 
Yeri gəlmişkən, bu il iyunun 28-də Türkmənistanın Axal vilayətində təbii qazdan benzin istehsal edən zavodun açılış mərasimi keçiriləcək. Dünyanın məşhur istehsalçılarının müasir avadanlıq və qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisə bir çox parametrlərinə görə unikaldır. Burada dünya praktikasında ilk dəfə olaraq, təbii qazdan sənaye miqyasında sintetik avtomobil yanacağı istehsal ediləcək. Açılış mərasimində rusiyalı mütəxəssislərin də iştirakı gözlənilir. 

M.HACIXANLI, “Xalq qəzeti” 

19 2019 12:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 11:32
Atəşkəs rejimi 20 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə