Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki milyon insan etiraz aksiyasına çıxıb

İki milyon insan etiraz aksiyasına çıxıb

“Anadolu” agentliyinin məlumatına görə, Çində ekstradisiya haqqında qanunun tətbiqindən sonra etiraz aksiyaları genişlənməyə başlayıb. Bildirilir ki, Çinin xüsusi inzibati rayonu olan Honkonqda iki milyona yaxın etirazçı küçələrə çıxıb.
Polisdən verilən məlumatda bildirilib ki, ilkin marşrut üzrə 338 min insan hərəkət edib. Həmçinin təşkilatçılar iddia edirlər ki, ümumilikdə iki milyona yaxın etirazçı olub.
Eyni zamanda qeyd olunur ki, nümayişlərin hökumət ekstradisiya haqqında qanunu tam olaraq geri götürməyincə, həbs olunmuş etirazçıları azad etməyincə və onların üzərindəki ittihamı ləğv etməyincə, eləcə də, baş katib Kerri Lemi istefaya getməyə məcbur etməyincə davam edəcəyini bildiriblər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2019 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 12:52
ANAMA 21 yaşında

Köhnə versiyamızdan xəbərləri izlə