Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada tennis topu boyda dolu

Fransada tennis topu boyda dolu

Fransanın cənub-şərqinə diametri tennis topu boyda olan dolu yağıb.
9 rayonda təhlükəli vəziyyət elan edilib. Dolu yağması nəticəsində 10 nəfər xəsarət alıb. Əksər evlərin dam örtüklərinə və pəncərə şüşələrinə ciddi ziyan dəyib. Güclü küləklə müşayiət olunan dolu elektrik verilişi xətlərini də sıradan çıxarıb.
Təbii fəlakət nəticəsində xeyli avtomobil zədələnib. Ən çox ziyan isə fermerlərə dəyib. Güclü dolu meyvə məhsullarını, o cümlədən üzümlükləri məhv edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

19 2019 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə