Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanda həkimlər tətilə başlayıblar

Hindistanda həkimlər tətilə başlayıblar

Qərbi Benqal ştatında həkimlərə qarşı zorakılıq hadisələrindən sonra Hindistanın ən iri həkim təşkilatlarından olan İMA (The İndian Medical Assotiation) 24 saatlıq tətilə başladıqlarını açıqlayıb. Bu barədə TASS agentliyi məlumat yayıb. 
Bildirilir ki, adıçəkilən təşkilat səhiyyə işçilərinin təhlükəsizliyini təmin etmək tələbi ilə bu addımı atıb. İştirakçılar bildirib ki, tətil zamanı yalnız təcili yardım və bədbəxt hadisələrdən zərər çəkənlərə yardım göstəriləcək.
Qeyd edək ki, bir həftə əvvəl Kəlküttədəki bir xəstəxanada vəfat edən yaşlı xəstənin qohumları həkimlərə qarşı zor tətbiq etdikdən sonra Qərbi Benqal ştatının 300-dək səhiyyə işçisi hökumətin fəaliyyətsizliyinə qarşı etiraz olaraq istefa vermişdi.
Məlumatda bildirilir ki, İMA səhiyyə işçilərinə qarşı zor işlədənləri təcili olaraq cəzalandırmaq, dövlət səhiyyə ocaqlarında təhlükəsizliyi təmin etmək, həkimlərə və tibbi heyətə qarşı zorakılıqla mübarizə qanunu hazırlayıb tətbiq etmək tələblərini irəli sürüb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2019 12:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 11:32
Atəşkəs rejimi 20 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə