Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

400 milyon dollarlıq təyyarə

400 milyon dollarlıq təyyarə

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” 400 milyon dollara satışa çıxarıb. Qiymətə təyyarə, onunla əlaqədar əqli mülkiyyət, eləcə də yerüstü infrastruktur daxildir.
Bildirilir ki, təyyarənin qanadlarının uzunluğu 117 metrdir və bu göstəriciyə görə onun dünyada tayı-bərabəri yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metr, çəkisi 226,8 ton, maksimal uçuş kütləsi isə 589,7 ton təşkil edir. Əvvəlcə uçuş-enmə zolağında sınaqları keçirilən “Stratolaunch” apreldə ilk dəfə havaya qalxıb.
Təyyarənin potensial alıcıları arasında kosmik şirkət sahibləri olan iş adamları İlon Mask, Ceff Bezos və Riçard Brensonun adı çəkilir. 
Xəbəri “NEWSru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

19 2019 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə