Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi

“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi

Xəzər rayonunun Mərdəkan Mədəniyyət sarayında “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavinləri, bir sıra rayonların icra hakimiyyətinin rəhbərləri, regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak edirdilər.

Qonaqlar əvvəlcə Mədəniyyət sarayının həyətində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldular. Sərgi regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirirdi.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, regionlararası əlaqələrində mədəniyyətin xüsusi rolu var.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu siyasət hazırda ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Regionların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində bu gün mədəniyyətimiz və mədəni irs nümunələrimiz beynəlxalq aləmdə tanıdılır, təbliğ edilir: “Mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bu sahədə çalışanlar da öz töhfələrini verirlər. "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalı da bizim bu missiyaya töhfəmizdir”.

Diqqətə çatdırıldı ki, regionlararası mübadilədə mühüm əhəmiyyət kəsb edən festival Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub. Yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi və sənətkarlıq irsi ilə bir festival meydançasında tanış olmaq imkanı yaradıb.

Nazir festivalın təşkilində dəstəyinə görə Balakən, Xaçmaz, Ağcabədi, Tərtər və Lerik rayonlarının icra hakimiyyətlərinin başçılarına mükafatlar təqdim etdi. Gəncə, Sumqayıt, Kürdəmir, Ağcabədi, Biləsuvar, Ağdaş regional mədəniyyət idarələrinin rəislərinə və informasiya dəstəyinə görə AZƏRTAC və Azərbaycan Televiziyasına nazirliyin fəxri fərmanları verildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 11:32
Atəşkəs rejimi 20 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə