Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Taleyin sınağında" sənədli filminin təqdimatı keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədova həsr olunmuş "Taleyin sınağında" sənədli filminin təqdimatı keçirilmişdir.

Mədəniyyət Nazirliyi və Polis Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən  tədbirdə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə,  filmin ssenari müəllifi Rəfiqə Budaqlı və rejissoru Taleh İsmayılov çıxış etmişlər.

Qeyd edək ki, tamaşaçılar tərəfindən maraqla qarşılanan sözügedən film  2018-ci  ildə  dövlət sifarişi ilə "Salnaməfilm studiyası"nda istehsal edilib.

Tədbirdə Polis Akademiyasının müəllim və kursantları, həmçinin Milli Qəhrəman Əli Məmmədovun ailə üzvləri iştirak etmişlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 11:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə