Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək

Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək

21 iyun-10 iyul 2019-cu il tarixində Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun "UN/PUBLİSHED" adlı fərdi sərgisi keçiriləcək.

Mahmud Rüstəmov təsviri sənətdə heykəltəraşlıqla yanaşı eyni zamanda rəngkarlıq və qrafika sahəsində də çalışmışdır. Heykəltəraşın "Qızılı xəttin sirri" və "Başlanğıc öncəsi yuxu" adlı işləri özünəməxsusdur. Mahmud Rüstəmov "Dördbucaqlı tısbağanın mahnısı" əsərini Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır. Mahmud Rüstəmovun əsərləri 2013-cü ildə Sothebychr("39")s auksionunda, 2019-cu il 21 may tarixində 2 qrafika əsəri isə Bakıda keçirilmiş incəsənət əsərlərinin ilk auksionunda ("Auction Baku"da) satılmışdır.

Sərgidə rəssamın son illərdə yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 11:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə